Yaponiyadan Çinə çağırış: “Uyğurların hüquqları təmin olunsun”backend

Yaponiyadan Çinə çağırış: "Uyğurların hüquqları təmin olunsun"

Yaponiya parlamentinin yuxarı palatası Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində və Honkonqda insan haqlarının vəziyyəti ilə bağlı qətnamə qəbul edib.

KONKRET.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilib ki, qətnamənin mətnində birbaşa Çin sözündən istifadə olunmur, lakin ölkəni insan hüquqlarının təmin olunmasına məsuliyyətlə yanaşmağa çağırır. Yapon rəsmiləri ikitərəfli münasibətləri gərginləşdirməmək üçün tez-tez bu üslubdan istifadə edir və birbaşa Çinin adını çəkməkdən yayınır.

Qeyd edək ki, Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində əksəriyyəti İslamı qəbul edən uyğurlar yaşayır.

Bu il avqustun sonunda BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı Sincanda insan haqlarına riayət olunması ilə bağlı hesabat dərc edərək Çin hökumətini tənqid edib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*