Yaponiyaya gedən iş adamları çıxılmaz vəziyyətə düşdü – Hökumətdən biabırçı hərəkətbackend

Yaponiyaya gedən iş adamları çıxılmaz vəziyyətə düşdü - Hökumətdən biabırçı hərəkət

Yeni Zelandiya hökumətinin ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iş adamlarını Yaponiyaya aparan investisiya səfəri Müdafiə Nazirliyinə məxsus təyyarənin xarab olması ilə fiaskoya çevrilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiya Müdafiə Nazirliyinin təyyarələrindən birinin sıradan çıxması nəticəsində onlarla iş adamı Papua-Yeni Qvineyada çarəsiz vəziyyətdə qalıb.

Baş nazir Kristofer Luksonun rəhbərlik etdiyi işgüzar nümayəndə heyəti ticarət əlaqələrini inkişaf etdirmək missiyası çərçivəsində dünən Papua-Yeni Qvineya vasitəsilə Tokioya gedirdi.

Lakin Yeni Zelandiya Müdafiə Nazirliyinin təyyarəsi sıradan çıxdıqdan sonra baş nazir Lukson və köməkçiləri planlı uçuşla Tokioya gedə biliblər. Ticarət naziri Todd Makkley və bir çox iş adamları və jurnalistlər gecəni Papua Yeni Qvineyada keçirməli olublar.

Yerli mətbuat hadisəni utanc verici hadisə adlandırıb. “Air New Zealand” şirkətinə məxsus təyyarə işgüzar nümayəndə heyətini Tokioya aparmaq üçün Papua Yeni Qvineyaya gedib.

Müdafiə naziri Cudit Kollinz son insidentin biabırçı olduğunu etiraf edib və bunun hökumətə çoxlu pul bahasına başa gəldiyini deyib. Bildirilir ki, təyyarənin yenilənməsi hökumətdən böyük büdcə tələb edir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*