Yaqut Qarayeva: “Rayonlarda insanlar sanki virus yoxmuş kimi hərəkət edirlər”backend

Yaqut Qarayeva: "Rayonlarda insanlar sanki virus yoxmuş kimi hərəkət edirlər"

Maskanı taxmağa hər kəs riayət etməlidir, hər kəs özü başa düşməlidir ki, hansısa dövlət strukturunun, həkimin xatirinə deyil, özünün sağlamlığı üçün maskalardan istifadə edilməlidir.

KONKRET.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, əgər hər kəs qaydalara əməl edərsə, yoluxma zəncirində qırılma ola bilər:

“Önümüzdəki aylarda bizim maskasız həyatımız olmayacaq. Sərt karantin qaydalarında yumşaldılmaya gedən Avropa ölkələri də bu yoldan istifadə edirlər. Bakıda bəlkə də insanlar maskalardan istifadə edirlər. Rayonlarda sanki insanlar virus yoxmuş kimi hərəkət edirlər. Biz buna təəssüflənirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*