Yaralananların adları açıqlandı – Birinin vəziyyəti ağırdırbackend

Yaralananların adları açıqlandı - Birinin vəziyyəti ağırdır

Xəbər verdiyimiz kimi, bu gün Xırdalanda partlayış baş verib.

TƏBİB-dən KONKRET.az-a verilən məlumata görə, yaralanan 1 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti isə orta-ağır qiymətləndirilir.

Bildirilib ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları hadisə yerinə cəlb olunub.

Tibb müəssisəsində müalicəsi aparılan cinsi qadın olan – 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan – 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan – 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*