Yarımfinal görüşləri nə vaxt keçiriləcək? – DÇ-2022backend

Yarımfinal görüşləri nə vaxt keçiriləcək? - DÇ-2022

2022-ci il futbol üzrə dünya çempionatının 1/4 final mərhələsinə yekun vurulub.

KONKRET.az xəbər verir ki, rəqiblərinə qalib gələn 4 komanda adını yarımfinala yazdırıb. İlk oyunda penaltilərdən sonra Xorvatiya Braziliyanı turnirdən kənarlaşdırıb. İkinci 1/4 final matçında Argentina da penaltilər seriyasında Hollandiyanı mübarizədən kənarlaşdırıb.
Üçüncü oyunda Portuqaliyanı 1:0 hesabı ilə məğlub edən Mərakeş tarixində ilk dəfə dünya çempionatının yarımfinalına yüksəlib. Son dörddəbir final matçında isə Fransa İngiltərəni 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqəni cibinə qoyub.

Dünya çempionatının yarımfinal oyunlarının keçiriləcəyi tarix və vaxt belədir:

Çərşənbə axşamı, 13 dekabr
23:00 Argentina – Xorvatiya

Çərşənbə, 14 dekabr
23:00 Fransa – Mərakeş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*