“Yaşadığı problemlərdə yanında oluram” – Acun Şeymaya İbizada ev aldıbackend

"Yaşadığı problemlərdə yanında oluram" - Acun Şeymaya İbizada ev aldı

Türkiyəli telejurnalist və televiziya rəhbəri Acun İlıcalı keçmiş həyat yoldaşı Şeyma Subaşı ilə görüşdüyünü, münasibətlərinin normal olduğunu deyib.

KONKRET.az Hürriyet-ə istinadən xəbər verir ki, Acun eks həyat yoldaşının başına gələn saxta evlilik təklifi və münasibətdən də söz açıb:

“Hadisələrdən xəbərim var. Şeyma ilə çox yaxşı dostuq, uşağımız var. Açıq deyim, səhvlərimdən qaynaqlanan şəxsi həyatımdakı uğursuzluqlara görə ilk özümü günahlandırıram. Bunun nəticələrinə qatlanmalıyam. Məndə belə düşüncə yoxdur ki, münasibətim bitən qadınla bir daha görüşməyəcəm. Şeymanın yaşadığı problemlərdə yanında oluram”.

A.İlıcalı Şeyma Subaşıya İbizada ev alması ilə bağlı iddiaya isə belə cavab verib:

“Heç vaxt maliyyə məsələlərindən danışmamışam, danışmayacam da. Öz dostlarımı dəstəklədiyim kimi, övladlarımın analarına da dəstək oluram. İbizada bir ev almaq və ya başqa bir şey almaq kimi detallara varmağa gərək yoxdur. Şeyma ilk gündən aliment almağa ehtiyac duymadığını deyib. Onun ağlında heç vaxt “Acundan bu qədər pul alım” deyə, düşüncə olmayıb”.

Türkiyəli fenomen son olaraq eks həyat yoldaşlarının hər ikisi ilə normal münasibətinin olduğunu, hazırda münasibətdə olduğu Çağla Altunkaya ilə xoşbəxt olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*