Yasamalda 11 yaşlı uşağı avtomobil vurdu – Durumu ağırdırbackend

Yasamalda 11 yaşlı uşağı avtomobil vurdu - Durumu ağırdır

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yolu keçən 2010-cu il təvəllüdlü Mirzəyev Əbəlfəz Tərlan oğlunu avtomobil vurub.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

11 yaşlı uşağın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*