Yasamalda 9 ağac kəsildi – Araşdırma aparılırbackend

Yasamalda 9 ağac kəsildi - Araşdırma aparılır

Yasamal rayonu, Yeni Yasamal 2 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan məlumat şikayətçilərin iştirakı ilə araşdırılıb. 

Xidmət rəsmisi Vaqif Cavadov KONKRET.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə 9 ağacın kəsildiyi müəyyən edilib, faktla bağlı akt tərtib olunub.

“Hazırda torpaq mülkiyyətçisini və ağacların kim tərəfindən kəsildiyini müəyyən etmək üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”, – xidmət rəisi qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*