Yasamalda yanğın: Vətəndaşlara dəyən zərər necə ödəniləcək?backend

Yasamalda yanğın: Vətəndaşlara dəyən zərər necə ödəniləcək?

Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakının Yasamal rayonunda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, bir neçə sakin isə müalicə almaq üçün xəstəxanaya yerləşdirilib. Yanğın həmçinin bir sıra mənzillərə ciddi maddi ziyan vurub. Həm həyatını itirənlərin ailələrinə, həm də evi zərər görən sakinlərə qanunla kompensasiya ödənilməlidirmi? Əgər ödənilməlidirsə, bu məsuliyyət hansı qurumun üzərinə düşür?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, ilk növbədə yanğının səbəbi müəyyən edilməlidir.

Onun sözlərinə görə, hadisənin mənbəyi aydınlaşmadan hüquqi məsuliyyətin kimə aid olduğunu demək mümkün deyil:

“Əgər yanğın texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və ya qısaqapanma nəticəsində baş veribsə, bu halda məsuliyyət həmin sahəyə cavabdeh qurumun üzərinə düşür (Burda Azərişıq demişdi). Əks halda, yanğının səbəbi elektriklə bağlı deyilsə və başqa texniki nasazlıqdan, konstruksiya qüsurundan və ya xidmət göstərən şirkətin səhlənkarlığından qaynaqlanırsa, onda məsuliyyəti binanı inşa edən və ya hazırda ona xidmət göstərən şirkət daşıyır”.

Yasamalda yanğın: vətəndaşlara dəyən zərər necə ödəniləcək?

Mehman Muradlı

Vəkil qeyd edib ki, istər mənzillərə, istərsə də vətəndaşlara dəymiş zərər mütləq şəkildə kompensasiya olunmalıdır:

“Əgər məsul qurum və şirkətlər zərəri könüllü şəkildə qarşılasa, məsələ bu mərhələdə həll oluna bilər. Qarşılanmadığı halda isə proses məhkəmə mübahisəsinə çevriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*