Yaşar Gülər: Azərbaycanın gücü bizim gücümüzdürbackend

Yaşar Gülər: Azərbaycanın gücü bizim gücümüzdür

Azərbaycanın gücü Türkiyənin gücüdür.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri general Yaşar Gülər deyib.

Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan mühüm strateji mövqeyə malikdir: “Bu həqiqətdir ki, Azərbaycanın gücü bizim gücümüz, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz gücümüzü Vətən Müharibəsində bir daha bütün dünyaya göstərdik. Bu gün Qarabağda Azərbaycan bayrağının dalğalanmasından böyük qürur və xoşbəxtlik hissi keçiririk”.

O, vurğulayıb ki, Türkiyə və Azərbaycanın müdafiə qüdrətinin və əməkdaşlığının gücləndirilməsi seçim məsələsi deyil, vacib ehtiyacdır.

Türkiyəli nazirin sözlərinə görə, rəsmi Ankara və Bakının sarsılmaz qardaşlıq bağları ikili strateji tərəfdaşlığı gücləndirir. “Ölkələrimiz hər şəraitdə birləşməli və bir-birini dəstəkləməlidir. 44 günlük Müharibədə qazanılan qələbə Azərbaycan tarixinin şanlı səhifəsi olmaqla yanaşı, həm də bütün Türk dünyası üçün qürur mənbəyidir. Azərbaycanın qələbəsi Qafqaz regionunda sülh və sabitlik baxımından böyük əhəmiyyət kəsb edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*