Yaşar Gülər: “Tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir”backend

Yaşar Gülər: "Tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir"

“Cənubi Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh sazişi lazımdır. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyir və mümkün qədər tez müsbət nəticə əldə edilməsini arzulayırıq”.

KONKRET.az xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər yerli KİV-ə müsahibəsində bildirib.

“Prezident Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi, tarixi sülh fürsəti yaxşı dəyərləndirilməlidir. Paşinyanın açıqlamalarını müsbət hesab edirəm. Düşünürəm ki, o, həm ölkəsi, həm də cəmiyyəti üçün düzgün iş görüb və real yanaşmaya malikdir”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*