YAŞAT Marafonu keçiriləcəkbackend

YAŞAT Marafonu keçiriləcək

Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə mayın 25-də YAŞAT Marafonu keçiriləcək.

Fonddan KONKRET.az bildirilib ki, marafonun təşkil olunmasında məqsəd qazilərimizə və şəhid ailələrinə dəstək olmaq üçün bütün dünya azərbaycanlılarını YAŞAT Fonduna ianə etməyə dəvət etməkdir.

Marafona dəvət məqsədilə Azərbaycan Diasporuna Dəstək Fondu videocarx hazırlayıb. Videonun təsviri belədir:

Vətən müharibəsində dünya azərbaycanlıları “dəmir yumruq” ətrafında sıx birləşərək diaspor-dövlət birliyini bir daha sübut etdi.

Azərbaycan Diasporuna Dəstək Fondu və YAŞAT Fondu bu birliyə güvənərək şəhid və qazi ailələrinə dəstək məqsədilə Xeyriyyə Marafonu təşkil edir. Marafonda birliyimizi bir daha nümayiş etdirək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*