Fransanın cənub-şərqindəki Overen-Rona-Alp (Auvergne‐Rhône‐Alpes) bölgəsində yerləşən Vols-en-Velene şəhərində yaşayış binasında yanğın baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə Rona departamentinin prefekturası öz “Twitter” səhifəsində məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində beşi uşaq olmaqla ən azı on nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Yanğının səbəbi hələlik məlum deyil.
Hadisə yerinə 170 yanğınsöndürən və 65 texnika cəlb olunub.
#Incendie à @vaulxenvelin69 dans un immeuble d’habitation ce vendredi 16 décembre 2022.
Point de situation à 06h30 ⤵️ pic.twitter.com/FioOtXvCdI— Préfet de région Auvergne-Rhône-Alpes et du Rhône (@prefetrhone) December 16, 2022
İqbal Rzayev,
KONKRET.az