Yaşı 30-a çatan əsgər və çavuşların NƏZƏRİNƏ: Hərbidən təxris olunmaq üçün…backend

Yaşı 30-a çatan əsgər və çavuşların NƏZƏRİNƏ: Hərbidən təxris olunmaq üçün...

Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə 30 yaşı tamam olan hərbi qulluqçuların təxris prosesi ilə bağlı suallar artıb. Xüsusilə, bu yaş həddinə çatan əsgərlərin xidmətinin avtomatik olaraq dayandırılıb-dayandırılmadığı, yoxsa xüsusi müraciətə ehtiyac olub-olmadığı müzakirə mövzusuna çevrilib.

Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qanunvericiliyə əsasən, yaşı 30-a çatan əsgər və çavuşlar dərhal ehtiyata buraxılmalıdır.

Üzeyir Cəfərova Polkovnik hərbi rütbəsi verildi | Baku.ws Xəbər saytı - Son  xəbərlər və Hadisələr

Ekspertin sözlərinə görə, bu məsələ hərbi hissələr tərəfindən ciddi nəzarətdə saxlanılır:

“Qanunvericiliyin tələbi ondan ibarətdir ki, 30 yaşı tamam olan hərbi qulluqçu komandir tərəfindən təxris edilməlidir. Əgər belə hal diqqətdən qaçsa, araşdırmalar zamanı komandirlər vaxtında tədbir görmədiklərinə görə məsuliyyət daşıya bilərlər. Buna görə də hərbi hissə və birləşmə komandirləri prosesi xüsusi nəzarətə götürüblər”.

Üzeyir Cəfərov əlavə edib ki, ali təhsilli hərbi qulluqçuların təxrisində olduğu kimi, bu kateqoriya üzrə də qaydalar aydındır və əlavə çətinlik gözlənilmir:

“Ali təhsillilərdə necə tənzimlənirsə, burada da qanun nəyi tələb edirsə, o da tətbiq olunur. 30 yaşı tamam olanlarla bağlı kifayət qədər məlumat bazası mövcuddur və onların sayı çox deyil. Hər hansı problem yaşanması ehtimalı azdır. Komandirlər üzərinə düşən öhdəlikləri yerinə yetirirlər”.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, 30 yaşına çatmış əsgərlərin xidmətinin davam etməsinə yol verilmir və onlar təxris olunmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*