Yaşı 60-a çatan şəxslər üçün ayrıca pensiya mexanizmi tətbiq olunacaq? – VACİB AÇIQLAMAbackend

Yaşı 60-a çatan şəxslər üçün ayrıca pensiya mexanizmi tətbiq olunacaq? - VACİB AÇIQLAMA

Azərbaycanda pensiya yaşının dəyişdirilməsi və 60 yaşdan təqaüdə çıxmaq imkanının yaradılması məsələsi vaxtaşırı müzakirə olunur. Bəs 60 yaşı tamam olan şəxslər üçün ayrıca pensiya mexanizminin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, hazırkı qanunvericiliyə əsasən pensiya hüququ iki əsas şərt üzrə müəyyən edilir.

Pakistan Füzuliyə uçuşlar təşkil edə bilər” – Rəşad Həsənov

Onun sözlərinə görə, birinci halda vətəndaş minimum pensiya kapitalını topladığı zaman yaş amili əsas meyar sayılmır:

“Minimum pensiya kapitalı tələbi yerinə yetirilirsə, əmək və ya sığorta stajının konkret müddəti tələb olunmur. Vətəndaş daha qısa müddətdə də lazımi kapitalı formalaşdıraraq pensiya hüququ əldə edə bilər”.

Ekspert qeyd edib ki, ikinci mexanizm sığorta stajı ilə bağlıdır və burada əsas tələb 25 il sığorta stajının mövcudluğudur:

“Əgər vətəndaşın əmək fəaliyyəti rəsmi uçota alınıbsa və bu dövrdə məcburi dövlət sosial sığorta haqları ödənilibsə, 25 il sığorta stajı pensiya hüququnun yaranması üçün kifayət edir. Stajın daha çox olması hüququn yaranmasına əlavə üstünlük yaratmır”.

R.Həsənov əlavə edib ki, hazırda ölkədə güzəştli keçid dövrü tətbiq olunur.

“2006-cı ilə qədər hətta qısa müddət işləyərək sosial sığorta haqqı ödəmiş şəxslərə şərti olaraq 25 illik sığorta stajı hesablanır. Bu mexanizm mərhələli şəkildə azaldılacaq və 2050-ci ilə qədər tam dayandırılacaq.

Əmək münasibətləri artıq elektron sistem üzərindən qeydiyyata alınır və əmək müqaviləsi rəsmiləşdirildiyi andan sosial sığorta haqları avtomatik şəkildə hesablanır”.

Beləliklə, mövcud qanunvericilikdə yalnız 60 yaşa görə ayrıca pensiya mexanizmi nəzərdə tutulmur və təqaüd hüququnun yaranması minimum pensiya kapitalı və ya 25 il sığorta stajı əsasında müəyyən edilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*