Yataq xəstəsi olan Qarabağ müharibəsi iştirakçısının sizin köməyinizə ehtiyacı var – FOTObackend

Yataq xəstəsi olan Qarabağ müharibəsi iştirakçısının sizin köməyinizə ehtiyacı var - FOTO

Birinci qrup əlil və 90-cı illərin Qarabağ müharibəsi iştirakçısı Mirmehdi Həsənov Seyidəşrəf oğlu artıq üç ildir ki, yataq xəstəsidir və hər gün vəziyyəti daha da ağırlaşır.

Yaxınlarının bildirdiyinə görə, onun xəstəliyinə tam diaqnoz qoyulmayıb. Onu bir çox həkimə aparsalar da, heç kim Mirmehdi Həsənovun müalicəsini boynuna götürməyib. Buna görə də kurs-kurs müalicələr alsa da, bu müalicələrin heç biri öz xəstəliyi üzrə olmayıb.

Mirmehdi Həsənov dörd qız atasıdır. Onun qeyri-müəyyən xəstəlik qarşısında çarəsiz qalması övladları üçün çox ağıdır. Xəstənin səhhəti günü-gündən daha da ağırlaşır.

Ailənin tək ümidi xəstənin müalicəsini tam həyata keçirə biləcək həkimi tapmaq və əgər ölkədə mümkün deyilsə, müalicəni xaricdə davam etdirməkdir.

Mirmehdi Həsənovun sizin dəstəyinizə ehtiyacı var. Ona dəstək olmaq üçün qeyd edilən əlaqə telefonu vasitəsilə yaxınlarından ətraflı məlumat ala və ya kart hesabı vasitəsilə maddi yardım göstərə bilərsiniz.

Əlaqə nömrəsi: (+99470) 973 12 23

Kapital Bank hesabı: 4169 7413 8358 0089 

Kart hesabı Mirmehdi Həsənovun qızı Saatxanım Həsənovanın adınadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*