Səbəb müxalifətin günü-gündən mübarizəni gücləndirməsidir. Bu gücü zəiflətmək və hökmranlıqlarını daha uzun müddətdə sürdürmək üçün hakimiyyət başqa variant görmür.
KONKRET.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. Nəşr yazır ki, “22 dekabr çərşənbə axşamı mübarizəmizin ən həlledici günü olacaq. Bu gün bir Ermənistan vətəndaşı gündəlik qayğılarını unutmalı, işə, alış-verişə getməməli və bu xəyanət prosesinə laqeydlik göstərməməlidir”.
Yazıda vurğulanır ki, 22 dekabr çərşənbə axşamı, Ermənistanda bütün müəssisə və universitetlərdə ümumi tətil elan edilib. Bütün ölkə kütləvi itaətsizliyə dəvət olunub. Qəzetin yazdığına görə, bunu eşidən hakimiyyət hüquq-mühafizə sisteminin nümayəndələrinə ayıq-sayıq olmağı, müxalifət liderlərini və fəalları müxtəlif bəhanələrlə həbs etmələrini tapşırıb.
KONKRET.az