Yaxın zamanlarda Bakı metrosunda bunları görsəniz təəccüblənməyin – Avropadakı sistem Azərbaycanda tətbiq olunacaqbackend

Yaxın zamanlarda Bakı metrosunda bunları görsəniz təəccüblənməyin - Avropadakı sistem Azərbaycanda tətbiq olunacaq

Dünyanın bir sıra ölkələrində, Rumıniya, İspaniya, Çili, Gürcüstan və Türkiyədə metro stansiyalarında sərnişinlər üçün kitab guşələri fəaliyyət göstərir. Bu ölkələrdə “Səssiz oxu zonaları”, “Bibliometro” kimi təşəbbüslər, eləcə də rəqəmsal kitab guşələri sərnişinlərə yol boyu kitab oxumaq imkanı yaradır.

Maraqlıdır, bu kimi sistemlərin Azərbaycanda da tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında bildirib ki, bu cür təşəbbüslər Azərbaycanda da reallaşa bilər.

İctimai nəqliyyatın fəaliyyəti qənaətbaxş deyil -

“Xüsusilə, də yeni metro stansiyalarında bu kimi yeniliklərə yer verilə bilər. Bakı metrosunun əsas məqsədi şəhər daxilində sərnişin axınını rahatlaşdırmaq, yükü bölmək və insanları bir nöqtədən digərinə daha sürətli daşımaqdır.

Yaxın 5 il ərzində Bakıda 10-a yaxın yeni metro stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Eyni zamanda metro xətlərinin ayrılması və yeni marşrutların istifadəyə verilməsi də layihə olaraq nəzərdə tutulub”.

Mütəxəssis hesab edir ki, məhz bu mərhələdə kitab guşələrinin yaradılması təşəbbüsü də dəyərləndirilə bilər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*