Yekun sülh müqaviləsi ilə bağlı MÜHÜM DETALLAR: “Ən azı 2026-cı ilə qədər…”backend

Yekun sülh müqaviləsi ilə bağlı MÜHÜM DETALLAR: "Ən azı 2026-cı ilə qədər..."

İrəvan və Bakı sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırıblar. İki məsələ üzrə Ermənistan tərəfi Azərbaycanın tələbini qəbul edib. Bu fonda yaxın vaxtlarda yekun sülh müqaviləsinin imzalanacağını gözləmək olarmı? Yoxsa İrəvan Konstitusiya məsələsində real addım atmayacaq?

Mövzunu KONKRET.az-a Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə şərh edib:

NATO-nun yeni baş katibi çətin problem gözləyir - GlobalInfo.az

“İrəvanın Bakının müəyyən tələblərini qəbul etməsi hələ yekun sülhün imzalanacağı anlamına gəlmir. Bu, daha çox Ermənistan tərəfindən asılıdır. Hazırda İrəvana siyasi təzyiqlər böyükdür. Sülh müqaviləsinin imzalanmasını istəməyən qüvvələr var. Digər tərəfdən, Paşinyan bir qədər ziddiyyətli şəxsdir və müsahibələrini tez-tez dəyişə bilir. Türkiyədəki müsahibəsində də fərqliliklər mövcud idi. Ancaq Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın çıxışlarında sülhlə bağlı pozitiv məqamlar mövcuddur. Ona görə də, prosesi bir qədər gözləmək lazımdır. Konstitusiya məsələsində Ermənistanın addım atıb-atmayacağına isə Paşinyan qərar verəcək. Çünki erməni xalqının formalaşmış düşüncəsini dəyişdirməyə çalışır. Bilir ki, Konstitusiya dəyişikliyinə getsə, ona qarşı etirazlar başlayacaq. Buna görə də, bir qədər ehtiyatlanır. Ancaq Konstitusiyada dəyişiklik olduqdan sonra orta dəhlizdə yeni dövr başlayacaq, kommunikasiya xətləri açılacaq. Sülh imzalansa, bu yüklər Ermənistandan tranzit ölkə kimi keçəcək. Belə olan halda İrəvan iqtisadi qazanclı çıxacaq. Amma Paşinyan sözünün üstündə durmasa, sülh müqaviləsi imzalanmayacaq”.

Politoloq Aytən Qurbanova isə saytımıza açıqlamasında bildirib ki, artıq sülh istiqamətində 17 bənd üzrə razılaşma əldə edilib. Razılaşdırılmayan iki bənd üzrə də nəticə əldə olunub:

Qeyri-dost dövlətlərin sülhə töhvə verəcəyi real görünmür"

“Ancaq digər məsələlər var ki, onlarla bağlı razılıq əldə olunmasa, sülh müqaviləsinin imzalanması gerçəkləşməyəcək. Zəngəzur dəhlizinin reallaşması, Konstitusiyaya dəyişikliyin edilməsi, ATƏT-in Minsk qrupunun ləğv olunması istiqamətində addımların atılması baş verməlidir. O zaman yekun sülh sənədinin imzalanması üçün maneələr aradan qalxacaq. Amma düşünürəm ki, ən azı 2026-ci ilə qədər bu addımlar atılmayacaq. Hərçənd real hərəkət sülhün imzalanması ilə nəticələnə bilər”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*