Yeltsin və Klinton Kremlin tualetində araq içiblər – Yeltsinin kürəkənibackend

Yeltsin və Klinton Kremlin tualetində araq içiblər - Yeltsinin kürəkəni

Boris Yeltsinin keçmiş kürəkəni Aleksey Dyaçenko ilk Rusiya prezidentinin Kremlin tualetində Amerika lideri Bill Klintonla necə araq içdiyindən söz açıb.

KONKRET.az xəbər verir ki, Dyaçenkonun “Yeltsindən Putinədək və geri” kitabından bəzi hissələr “Exo Moskvı” saytında yayımlanıb.

Dyaçenkonun sözlərinə görə, bu haqda Yeltsinin özü ona danışıb. Kremldəki qəbullardan birində Klintonun həyat yoldaşı Hillari ona içki içməyə icazə verməyib.

Yeltsin işçilərinə tualetdə masa düzəltməyi əmr edib.

“Kremldəki tualetin qeyri-adi olduğu aydındır. Təmizdir, ölçüsü isə çox böyükdür. Yalnız masa ətrafında oturmaq imkanı yoxdur. Bir qadını ora rəqs etməyə dəvət etmək də ayıb hesab edilmir. Prezidentlər üçün üzərində içki və qəlyanaltı olan masa qoyulub”, deyə Dyaçenko qeyd edib.

Yeltsin Klintona onunla üz -üzə danışmaq istədiyinə “işarə vurub” və birlikdə yoxa çıxıblar.

Qayıdanda ABŞ prezidenti “şən” olub. Dyaçenko deyir ki, Hillari Klinton ərinin şübhəli göründüyünü hiss edib, amma bunun səbəbini anlamayıb.

“Bəlkə də bu qeydləri oxuyacaq və köhnə süjeti deşifrə edəcək”, deyə Yeltsinin keçmiş kürəkəni yekunlaşdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*