“Yenə xalqdan gizli anti-erməni qərar verildi, xəyanət başqa necə olur?” – Babayandan ŞOK demarkasiya AÇIQLAMASIbackend

“Yenə xalqdan gizli anti-erməni qərar verildi, xəyanət başqa necə olur?” – Babayandan ŞOK demarkasiya AÇIQLAMASI

“Mən əminəm ki, bu hökumət faktiki olaraq delimitasiya və demarkasiya işlərini aparıb”.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikiri “Rodina” partiyasının siyasi şurasının üzvü Arsen Babayan səsləndirib.  O fikirlərini belə davam etdirib:

1) Ermənistan müstəqillik əldə etdikdən sonra ərazilərlə bağlı yekun dəqiqləşdirmələr aparmayıb. Dost Gürcüstanla belə bu iş başa çatmayıb.

2) Düşmən Azərbaycan 30 il Ermənistanın nəzarətində olan yollarda polis və gömrük məntəqələri yerləşdirib.

3) Ermənistan hakimiyyət orqanları bu postların və məntəqələrin Ermənistan ərazisində olmadığını açıqladılar. Hökumət başçısı Paşinyan hətta onların azərbaycanlı adlarını da açıqlayıb.

4) Bir çox ekspertlər hökumətin Çakaten ərazisində yerləşən gömrük məntəqəsinin Azərbaycan ərazisində olması ilə bağlı iddiasını inkar edir. Hökumət isə cavab olaraq sadəcə susur.

5) Baş nazir postunu tutan şəxs son mətbuat konfransında Ermənistan Respublikasının ərazisini millimetr dəqiqliklə bildiklərini iddia etdi.

“Yuxarıda göstərilən bəndlərin birgə təhlili göstərir ki, hakimiyyət orqanları faktiki olaraq delimitasiya və demarkasiya işlərini aparıb və komissiyanın funksiyası faktiki olaraq artıq tərtib edilmiş hüquqi qüvvəyə malik variantı vermək olacaq. Yenə də, xalqdan gizli olaraq anti-erməni qərar verildi. Xəyanət başqa necə olur?” – deyə Arsen Babayan fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*