Yeni baş direktordan iki TƏYİNATbackend

Yeni baş direktordan iki TƏYİNAT

“Azərbaycan” Nəşriyyatına yeni kadr təyinatları olub.

KONKRET.az report-a istinadən xəbər verir ki, bununla bağlı nəşriyyatın baş direktoru Leyla Güləliyeva əmr imzalayıb.

Əmrə əsasən, Rövşən Şıxlı “Azərbaycan” Nəşriyyatının baş direktorunun müşaviri təyin edilib.

O, indiyədək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı və nazirliyin sayt redaktoru işləyib.

Digər əmrlə, Anar Mustafayev nəşriyyatın baş direktorunun müavini vəzifəsinə gətirilib. O, bundan öncə “Azərmarka” MMC-nin Redaksiya və Filateliya şöbəsinin müdiri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*