Yeni doğulan körpəsini asfaltın üstünə ataraq öldürən anaya elektron qolbaq taxıldıbackend

Yeni doğulan körpəsini asfaltın üstünə ataraq öldürən anaya elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində ananın yeni doğduğu uşağı qəsdən öldürməkdə təqsirləndirilən Zəminə Həsənovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 1 il 9 ay 10 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

İttihama görə, hadisə 17 yanvar 2023-cü il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Masazır kəndi, “Yeni Masazır” yaşayış kompleksində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Zəminə Həsənova yaşadığı evin hamam otağında bətnindəki uşaqdan azad olmaq istəyib. Uşağı üzərində “Bazarstore” yazılmış torbalara qoyub hamam otağından çıxaraq evin qonaq otağına gedib. Zəminə otağın pəncərəsini açıb, ətrafa baxıb, yaxınlıqdan heç kimin keçmədiyini müəyyən etdikdən sonra torbalara qoyduğu yeni doğduğu uşağı binanın beşinci mərtəbəsində yerləşən yaşadığı mənzilin aşağıya doğru, asfaltın üzərinə tullayıb.

Hadisədən sonra qadın polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 121-ci (Ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*