“Yeni doğulan nəvəyə görə baba və nənələrə məzuniyyət verilsin!” – Rusiyalı deputatbackend

"Yeni doğulan nəvəyə görə baba və nənələrə məzuniyyət verilsin!" - Rusiyalı deputat

“İşləyən baba və nənələrə nəvələrinin doğulması münasibətilə əlavə beşgünlük məzuniyyət verilsin!”.

KONKRET.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatı Yana Lantratova Əmək Məcəlləsinə dəyişiklik edilməsini təklif edib.

Millət vəkilinin sözlərinə görə, bəzi hallarda işəgötürənlərdən işçilərə, məsələn, uşaq doğulduqdan sonra beş təqvim gününə qədər məzuniyyət verilməsi tələb olunur. Bu, valideynlərin tez-tez yeni şərtlərə alışmaq üçün vaxta ehtiyacı olması ilə əlaqədardır. Bir qayda olaraq, belə hallarda onlara yaşlı qohumlar kömək edir, onlara da qısa müddətə məzuniyyət verilməlidir.

Lantratova qeyd edib ki, Rusiyada nənə və babaların təxminən 20%-i nəvələrinin tərbiyəsində iştirak edir, daha 20%-i bunu həftə sonları edir, yalnız 32%-i nəvələrinə həftədə bir dəfədən az vaxt ayırır.

O əlavə edib ki, təklif olunan dəyişikliklər ailədaxili münasibətləri gücləndirməyə kömək edəcək.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*