Yeni enerji mənbələri əldə etmək üçün yerin alt qatları hədəf seçildibackend

Yeni enerji mənbələri əldə etmək üçün yerin alt qatları hədəf seçildi

Uzun illərdir alimlər alternativ enerji mənbələri axratışındadır. İndi də onlar hesab edirlər ki, alternativ enerjini əldə etmək üçün yerin alt qatlarındakı mənbələrndən istifadə olunmalıdır. Alimlər ehtimal edir ki, yerin alt qatlarındakı enerji bütün dünyanı təmin etmək gücündədir.

KONKRET.az xəbər verir ki, bu qənaətə Lozanna Federal Politexnik Məktəbinin isveçrəli alimləri gəliblər. Mütəxəssislər müəyyən ediblər ki, yerin altındakı süxurlar çatlar əmələ gətirə bilər və bu təbəqələr arası keçiriciliyi təmin edir. Bu çatlardan keçən su qaz və mayenin xüsusiyyətləri superkritik fazaya keçir.

Superkritik su, müasir geotermal quyulardan beş-on dəfə çox enerji daşıyaraq, belə çatlara daha tez və asanlıqla nüfuz edə bilir. İsveçrəli alimlərin həyata keçirdiyi simulyasiyaların nəticələri göstərib ki, gələcəkdə insanlar mövcud geotermal mənbələrin imkanlarından istifadə edə biləcəklər. Böyük həcmdə superkritik enerji almaq üçün yer qabığındakı çatlar şəbəkələrindəki bir quyunun iyirmi ilədək işləyə biləcəyi proqnozlaşdırılır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*