Yeni epidemiya yüzlərlə insanın canını aldıbackend

Yeni epidemiya yüzlərlə insanın canını aldı

Nigeriyada davam edən “Lassa qızdırması” epidemiyası səbəbindən 127 nəfər həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (NCDC) məlumat yayıb.

Epidemiyanın başladığı yanvar ayından indiyədək ümumilikdə 4025 şübhəli hal qeydə alınıb və bu halların 674-ü laboratoriya testləri ilə təsdiqlənib.

Ən çox təsirlənən yaş qrupu 21-30 yaş arası gənclər olsa da, yoluxanların əksəriyyətinin kişilər olduğu qeyd edilib.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*