“Yeni ildən Paşinyana qarşı genişmiqyaslı aksiyalara başlayacağıq” – Erməni deputatbackend

"Yeni ildən Paşinyana qarşı genişmiqyaslı aksiyalara başlayacağıq" - Erməni deputat

Ermənistan parlamentinin deputatı, müxalif Alyans Partiyasının sədri Tiqran Urixanyan yeni aksiyaların anonsunu verib.

KONKRET Ermənistan KİV-ə istinadən xəbər verir ki, Tiqran Urixanyan Nikol Paşinyanın istefa verməsi üçün partiyasının da etirazlara başlayacağını bəyan edib. Deputat baş nazirə Yeni ilə qədər istefa verməyi tövsiyə edib.

“Paşinyan getməsə, Yeni ildən biz də ona qarşı genişmiqyaslı aksiyalara başlayacağıq”, – deyə partiya sədri əlavə edib.

Qeyd edək ki, Ermənistanda 10 noyabrdan bəri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*