Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsinə təyin edilib.
KONKRET.az xəbər verir ki, Anar Kərimov 1977-ci ildə Füzuli rayonunda anadan olub.
1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak edib.
Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlayıb. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləyib.
23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib və o, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.
Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilib. 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin olunub, eyni zamanda ona Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.
2019-cu il avqustun 1-də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.
yo yayim birliyin iscisi Huseyinov ziyad eldar oglu oz is prinsiplerini awaraq Sehid qizinin heyatini ayle veziyyetini iwci kallektivi ile muzakireye qoyaraq soyuw soyur ve teqqir edir Medenyet nazirimiz Cenab Anar Qalib oglu Kerovdan ve DIN cenab Vilayet Eyvazovdan xaiwim bu televizya ve isci heyyeti barede qanuni tebdir gorulsun.imza Memmedova Amanet Fazil qizi
Mən məmmədov Rüfət Namiq oğlu 1999.06.04 Şabran rayonunda anadan olmusam ailəliyəm hec bir yerdə işləmirəm ailəmi saxlamaqda çətinlik çekirəm bir neçə dəfə müraciət etsəmdə hələdə işlə təmin ola bilmirəm Sumqayıt musiqi kollecini Natiq Ritm məktəbini Sabran rayon usaq musiqi məktəbində tehsil almısam vox saylı dövlət tedbirləri iştirakçısıyam (baku2015 islam oyunlari formula 1 şuşa və.s) Yazıb sizdən xahis edirəm ki Şabran rayon usaq musiqi məktəbində məni İxtisasima uyqun İslə temin etsinlər Nagara Müəllimi və ya kansirmestir kimi çalısmaq istəyirəm Vakant yerlər acılmaqını xahis edirəm