Yeni pandemiya olmayacaqbackend

Yeni pandemiya olmayacaq

Koronavirus mutasiyaları yeni pandemiyaya səbəb olmayacaq, lakin sayıqlıq qorunmalıdır.

KONKRET.az xəbər verir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Regional Ofisinin direktoru Hans Kluqe İspaniyanın “El Pais” qəzetinə verdiyi müsahibədə söyləyıb.

Kluqe koronavirusda yeni mutasiyaların ortaya çıxmasının, virusun aradan getmədiyini göstərdiyini bildirib. Bununla belə, mutasiyaların yeni daşıyıcısı – insanlara uyğunlaşmağa çalışan virusların təbii təkamülü olduğunu qeyd edib. “Bu, yeni pandemiyanın başlanğıcı deyil, amma əlbəttə ki, çox sayıq olmalıyıq”, – deyə Kluqe bildirib. ÜST Avropa ofisinin rəhbəri qeyd edib ki, mutasiyalar artıq COVID-19 olanlarda yenidən infeksiyaya səbəb ola bilər. Bundan əlavə, virusun daha yoluxucu növlərinin sürətlə yayıldığı səbəbindən səhhiyyə sistemlərinə ağır yük düşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*