Yeni publik hüquqi şəxslər yaradıldı – FƏRMANbackend

Yeni publik hüquqi şəxslər yaradıldı - FƏRMAN

Azərbaycanda yeni yaradılmış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində 2 publik hüquqi şəxs fəaliyyət göstərəcək.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanda öz əksini tapıb.

Fərmana əsasən, həmin publik hüquqi şəxslər aşağıdakılardır:

– İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;

– “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin, İnnovasiyalar Agentliyinin və Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*