Rusiyada hər hansı cinayətə görə miqrantlar vətəndaşlıqdan məhrum ediləcək.
KONKRET.az xəbər verir ki, artıq qanun layihəsi Dövlət Dumasına təqdim olunub.
Məlumata görə, cinayətkarlarla yanaşı, onların ailə üzvləri də deportasiya ediləcək. Yaşayış icazəsinə xitam verilə bilən inzibati xətaların siyahısının genişləndirilməsi də nəzərdə tutulur.
Qanun layihəsinin izahatında miqrantlar tərəfindən törədilən cinayətlərin sayının artdığı qeyd olunub. 2023-cü ildə bu, 75% artaraq 21,9 min hadisəyə çatıb.
Günel Mikayılova,
KONKRET.az