Yeni “Range Rover”in ilk görüntüləri sosial şəbəkələrə sızdı – FOTObackend

Yeni “Range Rover”in ilk görüntüləri sosial şəbəkələrə sızdı – FOTO

“Range Rover”-in 2022-ci il modelinin rəsmi təqdimatına bir həftə qalmış, yeni avtomobilin görüntüləri sosial şəbəkələrdə yayılıb.

KONKRET.az xəbər verir ki, böyük ehtimalla gizli çəkilmiş şəkillərdə bir çox yenilikləri görmək mümkündür.

2022-ci il “Range Rover”i ümumi xarici görünüşü baxımından, əsasən öz sələfinə bənzəsə də, daha xırda radiator barmaqlıqları, fərqli ön işıqlar və “Evoque”, “Velar” kimi modellərdəkinə oxşar qapı dəstələri ilə fərqlənir.

Avtomobilin arxa hissəsi daha çox dəyişikliyə uğrayıb. Burada ilk növbədə nazik şaquli işıqlar diqqəti cəlb edir.

Yeni model texniki cəhətdən də seçilir. O, tamamilə fərqli “MLA Flex” platforması üzərində çalışır.

İlkin ehtimallara görə, avtomobildə 3 litrlik V6 və ya 4.4 litrlik V8 mühərrikləri quraşdırılacaq.

2022-ci il “Range Rover”i həm standart, həm də genişləndirilmiş təkər bazası ilə təklif ediləcək.

Onun qiymətinin 90 min funt-sterlinqdən başlayacağı güman edilir.

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Jons Garage (@jons_garage18)

 

Посмотреть эту публикацию в Instagram

 

Публикация от Driven Hard (@drivenhardofficial)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*