Yeni reallıqlar fonunda ERMƏNİ CİNAYƏTLƏRİ və QLOBAL ƏDALƏTbackend

Yeni reallıqlar fonunda ERMƏNİ CİNAYƏTLƏRİ və QLOBAL ƏDALƏT

44 günlük Vətən Müharibəsi regionda yeni reallıqlar yaratdı və bu özünü bugünümüzdə də göstərir.

KONKRET.az xəbər verir ki, bu şanlı zəfər torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı bir çox erməni yalanlarının da üstün açdı.

Müharibəni işıqlandıran bütün dünya mediası ermənilərin dinc sakinləri hədəfə almasının şahidi oldu. Çünki daşnak qaniçənləri döyüşlər getməyən Gəncə, Mingəçevir, Bərdə, Tərtər kimi şəhər və rayonları atilleriya atəşinə tutdu. Ermənilər savaş vaxtı əldə olunan humanitar atəşkəsi pozdular. İrəvan Laçında sərhədə toplaşan erməniləri də gülləbaran edib Xankəndiyə qayıtmaqlarını tələb etdi. Deməli, onlar çirkin niyyətləri naminə öz millətlərini də qırmağa hazırdırlar.

Sumqayıt hadisələri bunun təsdiqidir.

Qarabağdakı digər erməni-rus cinayətlərinin üstü açılmasın deyə, sanki Kreml çəpəri çəkilib. Söhbət rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasından gedir. Əslində ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə məşqul olmalı missiya Qarabağda dığalarla birgə borislərin, mixaillərin törətdiyi vandalizmləri ört-basdır etməyə çalışırlar.

  • – Qarakənd faciəsi
    – Xocalı soyqırımı

Yoxsa hazırda Xocavənddə tapılan kütləvi məzarlıqlardan qat-qat ağır cinayətlərin üstü Xocalıda açılardı. Yoxsa Xocalıda soyqırım törədən millətin nümayəndələri təsvir olunan özləri kimi cılız və saxta heykəlcik qoyulmazdı. Biz özümüzü və gücümüzü toplayıb işğala səbr etdik və sonunda torpaqlarımızı azad etməklə zəfər qazandıq. Xankəndindəki separatçılara da Şuşadan yuxarıdan aşağı baxırıq. Çünki bilirik ki, tarix, mədəniyyət, iqtisadiyyat, ümumən hər şeydə kiçiyimiz olanlar bizim şərtləri qəbul edəcəklər. Yuxarıda qeyd olunan cinayətlərin də üstü açılacaq. Prezident İlham Əliyevin sözləri ilə desək, “nəyi nə vaxt və necə etmək lazım olduğunu mən bilirəm”. Bəli, Azərbaycanın mükəmməl xarici siyasəti bütün mühüm vəzifələrin icrası üçün fürsətləri dəyərləndirə bilir. Yoxsa hədlərini aşan şimal və cənub qonşularımıza o ki var qulaqburması verilməzdi.

Tayqulaq Andranik

Andranik Ozanyan terrorçu partiya “Daşnaksütyun” qurucularındandır. Haylar Njde ilə onu müqəddəs sayırlar. 1918-də Zəngəzurda minlərlə azərbaycanlını qətlə yetirən Andranikin andıra qalmış qulağını Sultan Sultanov kəsib. Türk ordusuna xəyanətə görə, onun qulağını Atatürkün kəsdiyini deyənlər də var. 103 ildir ki, ermənilər bunun kinini saxlayır. Sentyabr hadisələrində yayılan bir videoda yaşlı erməninin şəhid olub düşmən tərəfdə qalan azərbaycanlıların qulağını kəsməsi də bunun təsdiqidir. Hər halda sözügedən videonu Qərbin insan hüquqlarından dəm vuran Toivoları, Borelləri gördü. Bu yaxınlarda “The National İnterest” jurnalının erməni cinayətləri barədə yazması da təsadüfi deyil. Bütün kartların açılmasına az qalıb.

Mina terroru

Ən çox ajiotaj doğuran xəbərlərdən biri ermənilərin Laçın koridoru ilə mina daşımasıdır. Separatçılar həmin minaları sülhməramlıların məsuliyyət zonası olan ərazilərdə, yəni Azərbaycan torpaqlarında basdırırlar. Kapitulyasiyaya imza atanların savaşdan sonra mina xəritələrinin verilməsini yubatmaqları da çoxsaylı günahsızın həyatına son qoyub. Yəni əcnəbilərin Ağdamı görüb dəhşətə gələrək oranı ikinci Hirosima adlandırmaqları da erməniləri cinayətlərindən aralı salmır. Onlara nəzarət etməli olan sülhməramlılar bu cinayətin tərkib hissəsidir. Çünki onların məsuliyyət zonalarındakı qanunsuzluqlar birbaşa onların məsuliyyətləridir. Sadəcə, onlar Arayikin çaxırından içib şlaqbaumda striptizə tamaşa edir və separatçıların cinayətlərinə göz yumurlar. Minalı ermənilərin sülhməramlı müşayiətilə Kəlbəcərdəki Xudavəng kilsəsinə zəvvarlıqları da araşdırma mövzusudur. Çünki həmin xaçlı ermənilər sürülərindən ayrılıb qonşu dağlıq kəndlərin yollarına mina basdırmağa qadirdirlər. Elə Vənglə Susuzluq arasındakı məsafəyə baxanda bunu mümkün edən amillər ortaya çıxır. Xatırladaq ki, 2021-ci il iyunun 4-ü Susuzluq faciəsi kimi tarixə yazılıb. Çünki teleoperator Sirac Abışov, “Azərtac”ın müxbiri Məhərrəm İbrahimov və Susuzluq kənd nümayəndəsinin müavini Arif Əliyev ermənilərin mina terrorunun qurbanına çevriliblər.

Dünya nə qədər ermənilərin tərəfini tutmağa çalışsa da, həqiqətlər kiməsə sirr qalmayacaq. Əgər dünya gücləri də ermənilərlə bir bezin qırağıdırsa, zaman onlara da bir yamaq vuracaq.

Anar Rəhimov,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusuna həsr olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*