Yeni Zelandiyanın növbəti baş naziri məlum oldubackend

Yeni Zelandiyanın növbəti baş naziri məlum oldu

Yeni Zelandiyanın təhsil naziri Kris Hipkins Leyboristlər Partiyasının yeni liderliyi üçün yeganə namizəddir və seçildikdən sonra Baş nazir postunu tutacaq.

KONKRET.az xəbər verir ki, bu barədə siyasi təşkilatın nümayəndəsi Dunkan Uebb bildirib.

O qeyd edib, yanvarın 22-də partiyadaxili seçkilər keçiriləcək:

“Leyboristlər Partiyasının fraksiya iclası bazar günü saat 13:00-da keçiriləcək və orada yeni lider kimi Kris Hipkinsin namizədliyi təsdiqlənəcək”.

Yeni Zelandiya qanunlarına görə, son seçkilərdə parlamentdə ən çox yer qazanan partiyanın lideri ölkənin baş naziri olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*