Malayziya 2026-cı ildən etibarən 16 yaşdan kiçik yeniyetmələr üçün sosial media qadağası tətbiq edəcək.
KONKRET.az axaraz-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın rabitə naziri Fəhmi Fadzil məlumat yayıb.
“Hökumət uşaqların onlayn təhlükəsizliyini artırmaq üçün 16 yaşdan kiçiklərin sosial şəbəkələrə qoşulmasına icazə verməyəcək. Platforma təminatçıları 2026-cı ildə elektron şəxsiyyət yoxlanışı (eKYC) sistemini tətbiq etməlidir”, – məlumatda bildirilib.
