Yerli rejissorlar Bollivudda təcrübə keçəcəkbackend

Yerli rejissorlar Bollivudda təcrübə keçəcək

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu “Uzbekkino”ya istinadən məlumat verir ki, özbək rejissorları Bollivudda təhsil alacaqlar – artıq təcrübə keçməyə gedəcək 15 nəfər seçilib.

Mütəxəssislər Hindistan Texniki və İqtisadi Əməkdaşlıq proqramı (İTEC Scholarship Training Programs for 2019-2020) çərçivəsində Hindistanda təhsil alacaqlar. Hindistanın ölkədəki səfiri Santoş Ca və “Uzbekkino”nun baş direktoru Firdovsi Abduxaliqov arasında görüşdə belə bir razılıq əldə edilib.

“Proqram Özbəkistandan namizədlərin təhsil alması ilə bağlı bütün xərcləri əhatə edir. Bundan əlavə, özbək tərəfinin tələbi ilə 2-3 aylıq kinematoqrafiya kurslarında təlim keçməklə fərdi proqramlar təşkil etməyə də imkan verir”, – deyə Santoş Ca razılaşmanı şərh edib.

“Uzbekkino”nun rəhbəri səfirə Buxara və Xivədə həyata keçirilən iki hind kinofilm layihəsi haqqında məlumat verib. Özbək rejissorlarının Hindistanda həyata keçirmək istədikləri planlarından da danışıb. Planlardan biri “İbrat” filminin bir neçə epizodunu məhz Hindistanda çəkməkdir.

Bundan başqa, Firdovsi Abduxaliqov Özbəkistanda kino turizmi islahatlarının həyata keçirildiyini də əlavə edib. Əvvəlcədən xəbər verildiyi kimi, gələn ildən etibarən ölkə rəhbərliyi xarici film şirkətlərinin Özbəkistanda film istehsalına çəkdiyi xərcləri kompensasiya edəcək. Bu, Rebate sisteminə görə baş tutacaq.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*