Yerznkyan: “Uçurumun astanasındayıq və bu hökumət problemləri həll edə bilmir”backend

Yerznkyan: “Uçurumun astanasındayıq və bu hökumət problemləri həll edə bilmir”

“Uçurumun kənarında olduğumuz aydındır, bir şey etmək lazımdır, çünki vəziyyət çox çətindir. İnsanlar evlərindən qovulur, bu məsələ həll olunmalıdır, amma bu hökumət bunu edə bilməz”.

KONKRET.az xəbər verir ki, bu sözləri bəstəkar, dirijor Yervand Yerznkyan ziyalıların nümayəndələrinin toplantısı zamanı jurnalistlərə bildirib.

Onun sözlərinə görə, nə qədər insan küçəyə çıxmaq istəsə, bu o insanların vətənlərini düşünməməsi demək deyil. Bəstəkarın fikrincə, məhz soyuq hava və koronavirus səbəbindən meydanlara az adam toplaşır.

“Paşinyanın 11 yanvarda Moskvaya getməsinin qarşısını necə ala bilərik? Qan tökək?

Bütün bunların qarşısını almaq üçün siyasi proseslərə rəhbərlik edə biləcək bir liderə ehtiyacımız var. Ümid edirəm ki, Nikol Paşinyan Moskva görüşündə çox pis bir şeyə imza atmayacaq”, – deyə Yerznkyan vurğulayıb.

Onun fikrincə, Paşinyan üçün ən doğru seçim istefa verməkdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*