Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər – RƏQƏMLƏRbackend

Yetkinlik yaşına çatmadan fahişəliyə cəlb edilənlər - RƏQƏMLƏR

Hər il Azərbaycanda yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi halları qeydə alınır.

Konkret.az Oxu.Az-a istinadən xəbər verir ki, ölkə üzrə yetkinlik yaşına çatmayanların fahişəliyə cəlb edilməsi 2008-ci ildə daha çox olub.

Həmin il 10 belə hal qeydə alınıb. Bu kateqoriya üzrə 2005-ci ildə dörd, 2006-cı ildə yeddi, 2007-ci ildə səkkiz, 2009-cu ildə beş cinayət faktı aşkarlanıb.

2010, 2011, 2012, 2014-cü illərin hər birində isə iki belə hal qeydə alınıb. 2013-cü ildə bu rəqəm üç olub.

Rəsmi rəqəmlərə görə, yetkinlik yaşına çatmayanların fahişəliyə ən az cəlb edilməsi 2015-ci ildə (cəmi bir hal) qeydə alınıb.

Sonrakı illərdə isə – 2016-cı ildə dörd, 2017-ci ildə yeddi, 2018-ci ildə isə beş cinayət aşkarlanıb.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*