Yevda Abramov harada dəfn olunacaq? – Açıqlamabackend

Yevda Abramov harada dəfn olunacaq? - Açıqlama

Milli Məclisin ötən gün vəfat edən deputatı Yevda Abramov doğulduğu Quba rayonunun Qırmızı Qəsəbəsində dəfn olunacaq.

KONKRET.az bildirir ki, bunu Report-a açıqlamasında Yevda Abramovun qızı Bəsti Yusifova deyib.

O bildirib ki, atası ilə vida mərasimi dekabrın 8-də saat 12:00-dan 13:00-dək Quba rayonunun Mədəniyyət evində keçiriləcək.

“Dünyasını dəyişən şəxsin şənbə günü torpağa tapşırılması bizim adət-ənənəyə uyğun deyil. Ona görə də, atamın dəfn mərasimi bazar günü, yəni dekabrın 8-də həyata keçiriləcək”, – deyə mərhum deputatın qızı bildirib.

Vida mərasimindən sonra mərhumun cənazəsi doğulduğu Qırmızı Qəsəbədə yerləşən qəbiristanlıqda torpağa tapşırılacaq.

Qeyd edək ki, milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub. O, bir neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*