32 yaşlı kişi güllə ilə başından vuruldu – YENİLƏNİBbackend

32 yaşlı kişi güllə ilə başından vuruldu - YENİLƏNİB

Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev  Saleh Azər polis əməkdaşları tərəfndən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***

***

Əldə etdiyimiz məlumata görə, N.Əhmədov başından vurulub.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*