Yevlax rayonunda üç nəfər bıçaqlanıb.
KONKRET.az xəbər verir ki. xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Onların bir ailənin üzvü olduqları bildirilir.
Məlumata görə, hadisə ailənin kürəkəni tərəfindən törədilib.
Yaralılardan birinin vəziyyəti ağır, ikisinin durumu stabildir.
Bıçaqlanma ailə münaqişəsi zəminində baş verib.//APA