Yevlaxda zəncirvari qəza: bir nəfər öldübackend

Yevlaxda zəncirvari qəza: bir nəfər öldü

Yevlax-Bəhrəmtəpə yolunda zəncirvari avto qəza hadisəsi baş verib.

KONKRET.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes”, “Vaz- 21015” və “Volksvagen” markalı minik avtomobilləri toqquşması zamanı bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Mingəçevir şəhər sakinləri 1974-cü il təvəllüdlü Əhmədov Elxan Fərəc oğlu, 1985-ci il təvəllüdlü Həmzəyev Malik Əli oğlu və 1985-ci il təvəllüdlü Əmiraslanov Sərxan Zaman oğludur.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*