Yeznə ilə qayın arasında dava – Bıçaqlanan varbackend

Yeznə ilə qayın arasında dava - Bıçaqlanan var

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Cəfərov Fərrux Məmmədağa oğlu yeznəsi ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*