İsraillə əlaqəli olduğu bildirilən “Gonceşke Darande” (“Yırtıcı sərçə”) adlı haker qrupu ABŞ sanksiyaları altında olan İranın “Sepah Bank”ına qarşı genişmiqyaslı kiber hücum həyata keçirdiyini və bankın məlumatlarını məhv etdiyini iddia edib.
KONKRET.az xəbər verir ki, bu barədə qrupun X sosial şəbəkəsində yaydığı açıqlamada bildirilib.
“Sepah Bank” beynəlxalq sanksiyalardan yayınaraq İran xalqının pullarını terror nümayəndələrini, ballistik raket proqramını və hərbi nüvə proqramını maliyyələşdirmək üçün istifadə edən bir qurum idi. Bu əməliyyatı mümkün edən cəsur iranlılara təşəkkür edirik”, – deyə paylaşımda vurğulanır.
Məlumata görə, bu gün səhər saatlarından etibarən “Sepah” Bank”ın xidmətləri fəaliyyətini dayandırıb. Hazırda bankın rəsmi qurumları tərəfindən hücumla bağlı rəsmi açıqlama verilməyib.