Rusiya-Ukrayna müharibəsi fonunda taktiki nüvə silahından istifadə ediləcəyi ilə bağlı xəbərlər yayımlanıb.
KONKRET.az baku.tv-yə istinadən xəbər verir ki, sözügedən xəbərlərin ardınca bəzi həkimlər yoddan istifadə etməyi insanlara məsləhət görüblər.
Bu məsələ ölkəmizdə də yod alışına təsir göstərib. Sakinlər bildiriblər ki, apteklərdə yod tapa bilmirlər.
Həkim Aydın Əliyev panikaya düşüb yod qəbul etməyin mənasız olduğunu vurğulayıb.
Daha ətraflı süjetdə: