backend

Yol polisi Yeni ilə görə bəzədilən avtomobilin sürücüsünü cərimələdi - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

KONKRET.az-ın Mərkəzi Asiya ölkələləri üzrə bürosu xəbər verir ki, Qazaxıstanın Aktau şəhərində qeyri-adi yeni il avtomobili sakinlərdə bayram əhval-ruhiyyəsi yaradıb. Şəhər sakini Vitali avtomobilini çox rəngli sayrışan işıq elementlərilə bəzəyərək vətəndaşları qarşıdan gələn Yeni il münasibətilə təbrik etmək qərarına gəlib. Amma sürücünün bu ideyası yol polisinin qəzəbinə tuş gəlib.

35 yaşlı qazaxstanlı etiraf edir ki, əlamətdar tətillərdə avtomobilini bəzəməyə və başqalarında bayram-əhval-ruhiyyəsi yaratmağa çalışır.

“Məsələn, bu il 9 May tarixində avtomobili müharibə illərinin mövzusuna bənzətdim. Yeni ilə gəlincə, daha əyləncəli bir şey hazırlamaq qərarına gəldim. Şəhəri gəzərkən insanlar çox müsbət reaksiya verirdilər – sürücülər, piyadalar, şəhər sakinləri şəkil çəkdirirdilər. Mən sadəcə insanlara müsbət emosiyalar vermək istəyirdim”.

Qeyd edək ki, yol polisi tərəfindən avtomobil saxlanılıb, sənədlər yoxlandıqdan sonra cərimə protokolu yazılıb.

Yeri gəlmişkən, Vitali alpinisti kimi işləyir. Baş verən çətinliklərə baxmayaraq, Yeni ili ümidlə və yüksək əhval-ruhiyyə ilə həyat yoldaşı və qızı ilə qarşılamağa hazırlaşır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*