Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, rayon ərazisində avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.