Yolkaya dünya liderlərinin şəklini asıb bu sözləri yazdılarbackend

Yolkaya dünya liderlərinin şəklini asıb bu sözləri yazdılar

Rusiyanın Tver vilayətinin mərkəzi yolkasında Amerika Prezidenti Co Bayden, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron, rusiyalı müğənni Alla Puqaçova, yumorist Maksim Qalkin və latviyalı müğənni Laima Vaykulenin fotoları asılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, onların fotoları üzərində “Rusiya ən yaxşısıdır”, “Rusiya dünyanı idarə edir” və “Yeni iliniz mübarək!” yazıları olan kağız fiqurlara yapışdırılıb.

Yolkanı bu şəkildə bəzəyən şəxslərin kimliyi hələlik məlum deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*