Yolu keçmək istəyən uşağı maşın vurdubackend

Yolu keçmək istəyən uşağı maşın vurdu

Tərtərdə yolu keçmək istəyən yeddi yaşlı uşağı maşın vurub.

KONKRET.az-ın məlumatına görə, Tərtər rayonu, Xoruzlu kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədova Gülşən Allahverdi qızı kənd ərazisində yolu keçmək istəyən zaman onu VAZ 2106 markalı minik avtomobili vurub.

Ağır xəsarətlər alan azyaşlı əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vəziyəti ağır olan G.Məmmədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.“Qafqazinfo”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*