Prospektdə nəqliyyatın hərəkəti bərpa olundu – RƏSMİ AÇIQLAMA – YENİLƏNDİbackend

Prospektdə nəqliyyatın hərəkəti bərpa olundu - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

Heydər Əliyev prospektinin çökən hissəsində nəqliyyatın hərəkəti bərpa olunub.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, əsas yol üzrə qazılmış hissəsinin bərpası istiqamətində müvafiq işlər qısa müddət ərzində həyata keçirilərək, hərəkətə qoyulmuş məhdudiyyət aradan qaldırılıb.

Qeyd edilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin “Koroğlu” metrostansiyası istiqamətində olan hissəsinin altından keçən su borusunda qəzanın baş verməsi idi.

img 20250225 wa00131740485745

***

“Ötən gün səhər saatlarında Heydər Əliyev prospektində baş verən qəzanın səbəbi ilə bağlı dəqiq məlumat vermək çətindir”.

KONKRET.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyib.

O bildirib ki, dünən dərhal qəzanın aradan qaldırılması işlərinə başlanılıb:

“Bu hadisə ilə bağlı elan paylaşmışdıq. Elanda qeyd etmişdik ki, bağlı Nərimanov rayonunun bəzi ərazilərində içməli suyun verilməsində fevralın 25-i günün ikinci yarısına qədər fasilə yaranacaq, günün ikinci yarısından sonra qəzanın aradan qaldırılması işləri tamamlanacaq, ondan sonra suyun verilməsinə başlanılacaq. Amma operativ fəaliyyət nəticəsində qeyd etdiyimizdən daha tez, yəni saat 12:00 ərəfəsində qəza aradan qaldırıldı. Hazırda həmin ərazidə asfaltlama işləri yekunlaşmaq üzrədir. Fasilə yaranan ərazilərə də suyun verilməsinə başlanılıb”.

C. Musaoğlu qeyd edib ki, gün ərzində bu kimi qəzalar baş verir və dərhal aradan qaldırılır:

“Amma havaların şaxtalı keçməsi və hava vəziyyətinin dəyişməsi boruya təsir edir. Bu səbəbdən də ola bilər. Amma müxtəlif səbəblər də olur. Əsas odur ki, kənar müdaxilə olmayıb. Bu qəza təbii qəza hesab olunur. Demək olar ki, gün ərzində Bakıda və regionlarda bu kimi qəzalar baş verə bilir və dərhal aradan qaldırılır”.

***

Heydər Əliyev prospektinin “Koroğlu” metrostansiyası istiqamətində olan əsas yol üzrə hərəkət müvəqqəti məhdudlaşdırılaraq köməkçi yola yönləndirilib. 

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılmasına səbəb prospektin altından keçən su borusunda qəzanın baş verməsidir.

Qəza baş verəndən dərhal sonra əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumun əməkdaşları cəlb olunub. Agentlik tərəfindən ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.

Adiyyəti qurum tərəfindən qəzanın aradan qaldırlması üçün prospektdə gecə saatlarında qazıntı işlərinə başlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Qəza aradan qaldırıldıqdan sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*